Tar

Mizrabla çalınan simli dartımlı musiqi alətidir. Azərbaycan tarı ozünəməxsus quruluşa, konstruksiyaya və bədii – texnili imkanlara malikdir. Ümumiyyətlə, tar aləti bir çox ölkərlərdə - İranda, Orta Asiyada, Dağıstanda və başqa yerlərdə geniş yayılmışdır. Lakin özəl cəhətlərə malik Azərbaycan tarı digər tar növlərindən, əsələn, İran tarından xeyli fərqlənir. XIX əsrin 2-ci yarısı Azərbaycan musiqi sənətinin ən görkəmli nümayəndəsi sayılan Mirzə Sadıq Əsəd oğlu tar musiqi aləti üzərində rekonstruksiya aparmış, alətin konstruksiyasını elmi – akustik prinsiplər əsasında dəyişdirmişdir. O, tarın səsini gücləndirmək üçün simlərin sayını artırmış; alətin qolunun yuxarısında (kəlləyə yaxın yerdə) əlavə pərdə (zabul pərdəsi) bağlamış; tar ifaçılığı texnikasında “lal barmaq” adlanan üsuldan geniş istifadə edilməsinə yol açmış; tarı diz üstünə qoyub əyilərək çalmaq qaydasını aradan qaldırmış və tarı sinə üstünə alıb çalmağı daha münasib, daha yararlı hesab etmişdir. Müasir Azərbaycan tarı 11 simli, geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alətdir. Milli musiqi ifaçılığında həm solo, həm də müşayiətçi alət kimi isitfadə olunur. “Tar” sözünün mənası “sim” deməkdir və şərqdə bir sıra simli alətlərin adında rast gəlinir: dütar, setar, çahartar və s. Ərəb ölkələrində isə dəf alətini “tar” adlandırırlar.

Bizimlə əla

Azərbaycan,Bakı, AZ1004
Dənizkənarı Milli Park, M.Useyinov pr. 30,
Tel.: (+994 12) 497-89-72, 497 89 73
Faks: (+994 12) 497 89 76
Email: info@icm.az

Thank you! Your message has been sent.
Unable to send your message. Please fix errors then try again.

2023 ​All rights reserved ®  Beynəlxalq Muğam Mərkəzi