Muzeyimiz

Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biridir. Güclü və zəngin tembrli soprano səsə malik idi. 1928 – 1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsini bitirmiş, Cabbar Qaryağdıoğlundan və Seyid Şuşinskidən dərs almışdır. Muğam və xalq mahnılarının ifaçısı kimi geniş şöhrət qazanmışdır. 1927 – 1952-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, bu teatrın səhnəsində Ərəbzəngi (M.Maqomayev – “Şah İsmayil”), Şahsənəm (Z.Hacıbəyov – “Aşıq Qərib”), Telli (Ü.Hacıbəyli – “Arşın mal alan”) kimi yaddaqalan obrazlar yaratmışdır.