• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Muzeyimiz

İlk təhsilini mədrəsədə almışdır. Onun musiqiçi kimi yetişməsində dövrünün böyük musiqişünas alimi Mir Möhsün Nəvvabın böyük rolu olmuşdur. Məşədi Cəmil parlaq istedadı sayəsində tezliklə Qarabağ, Şəki və Şirvanda həm tarzən,  həm də xanəndə kimi dinləyicilərin məhəbbətini qazanmışdır. 1907-ci ildən Məşədi Cəmil Gəncə şəhərində yaşamışdır. Burada o, şəhərin musiqi həyatında mühüm rol oynayır. Bir çox görkəmli musiqiçiləri  - Məşədi Məmməd Fərzəliyevi, Malıbəyli Həmidi, sonralar Bülbülü və Seyid Şuşinskini tarda müşayiət edir. 1910-cu ildə Riqanın “Qrammofon” şirkətində M.Əmirovun bu musiqiçilərlə birgə ifa etdiyi bir sıra muğam və mahnılar qrammofon valına yazılmışdır. 1911-ci ildə o, musiqi təhsili almaq üçün Türkiyəyə gedir. İki il İstanbulda yaşayaraq, Türk və Avropa musiqisi ilə yaxından tanış olur. Burada o, həm də Azərbaycan musiqisinin qızğın təbliğatçısı kimi çıxış edir. Onun İstanbulda verdiyi konsertlər və Azərbaycan musiqisi haqqında maraqlı məruzələr böyük rəğbətlə qarşılanır. Məşədi Cəmil, həm də Azərbaycan musiqisi tarixində ilk dəfə olaraq muğamları nota salmışdır. İstanbulda yaşadığı vaxt, 1912-ci ildə o, “Heyratı” muğamını nota salıb, “Şəhbal” jurnalında çap etdirmişdir. Türkiyədə o, ud və kanonda çalmağı da öyrənmiş və vətənə qayıdarkən, bu alətləri özü ilə gətirmişdi. Məşədi Cəmilin fəaliyyəti çoxcəhətli idi. O, teatr sahəsinə də maraq göstərərək, Üzeyir Hacıbəylinin Şuşada və Gəncədə tamaşaya qoyulan opera və operettalarında müxtəlif rollar oynamış, özü də qələmini sınayaraq, “Seyfəl-Mülk” muğam operasını (1915), “Namuslu qız” operettasını (1923) bəstələmişdir. Bu əsərlər müvəffəqiyyətlə səhnədə oynanılmışdır. Məşədi Cəmilin Gəncədəki evi musiqi salonuna çevrilmişdir. O, tez-tez səhərin xanəndə və çalğıçılarını toplayıb, muğamat gecələri, müsabiqələr keçirir, ən yaxşı ifaçıları mükafatlandırırdı. 1923 -28-ci illərdə o, Gəncə musiqi məktəbini yaratmış, onun müdiri olmuş, burada tardan dərs demiş, xalq çalğı alətləri ansamblına rəhbərlik etmişdi. Sonralar bu məktəb Gəncə musiqi texnikumuna çevrildi. Məşədi Cəmilin yetişdirdiyi musiqiçilər Azərbaycan musiqisində əvəzsiz xidmətləri ilə tanınmışlar. Məşədi Cəmilin oğlu Fikrət Əmirov dünya şöhrətli bəstəkar, musiqi mədəniyyətinin ən böyük simalarındandır.