• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Muzeyimiz

Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri. Səhnə fəaliyyətinə 1902-ci ildə Bakıda dramatik rollarla başlamışdır. 1908 ildən “Nicat” cəmiyyəti nəzdindəki opera truppasının solisti olmuşdur. Ü. Hacıbəylinin yazdığı “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və ən gözəl, yaddaqalan ifaçısı olmuşdur. O, bu rolda 1908 – 1941-ci illərdə 400 dəfədən artıq çıxış etmişdir. Digər milli opera və operettalarda da əsas partiyaları ilk dəfə H.Sarabski ifa etmişdir: Şeyx Sənan, Şah Abbas, Kərəm, Sərvər, Əsgər (Ü.Hacıbəyli – “Şeyx Sənan”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”), Qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”) və s. Sarabski sənətinin ecazkarlığı obrazların daxili aləmini təbii boyalarla ifadə etməsində idi. H.Sarabski Bakıda keçirilən “Şərq gecələri”nin təşəbbüsçüsü və fəal iştirakçısı olmuşdur. O, həmçinin “Müsəlman opera truppası” və “Müsəlman dram truppası”nın yaradıcılarından biri idi. H.Sarabski 1910-cu ildən rejissor kimi də fəaliyyət göstərmişdir: “Rüstəm və Zöhrab”, “Ər və arvad” (1910, Ü.Hacıbəyli), “Arşın mal alan” (1913, Ü.Hacıbəyli), “Ölülər” (1916, C.Məmmədquluzadə) əsərlərini tamaşaya qoymuşdur. Bakıda Mərkəzi Fəhlə Klubunda dram dərnəyinə rəhbərlik etmişdir (1920). H.Sarabski Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmaqla bərabər, 1932-ci ildən ömrünün sonuna kimi Xalq Yaradıcılığı Evinin rəhbəri olmuşdur. O, Azərbaycan Dövlət Konservatoriyasında və Azərbaycan Dövlət Musiqi Məktəbində (muğam sinfi üzrə) dərs demişdir. Azərbaycan muğamlarının inkişafında, təbliğində, proqramlaşmasında və tədrisində H.Sarabskinin misilsiz xidmətləri olmuşdur. H.Sarabski həmçinin bir sıra pyeslərin müəllifidir: “Cəhalət”, “Axtaran tapar”, “Nə tökərsən aşına, o çıxar qarşığına” və s. H.Sarabskinin “Bir aktyorun xatirələri” və “Köhnə Bakı” əsərləri teatr tariximizin öyənilməsi və tarixi-etnoqrafik material kimi çox qiymətlidir. H.Sarabski “Muğan”, “Dağlar”, “Leyla” və s. mahnıların müəllifidir.