• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər
Beynəlxalq Muğam Mərkəzində Peru və Azərbaycan musiqiçilərinin  möhtəşəm konserti keçirilib
 
Mayın 4- də Beynəlxalq Muğam Mərkəzində Perudan gəlmiş etnik  musiqiçilər Karl Struyf və Aleksandro Riva "Charango meets Mugam" adlı möhtəşəm konsertlə çıxış ediblər.
Konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində reallaşıb.
 
  2-ci "IMAGINE"  Avro Tolerant Təsviri incəsənət festivalı may ayının 2-dən 17-nə qədər davam edəcək.Festival çərçivəsində musiqili çıxışlar, ustad dərsləri, teatr, film nümayiş olanacaqdır.
 
"Charango meets mugham" adlı konsertdə Karl Struyf (çarango) və Aleksandro Riva  (gitara) İspandilli ölkələrin Latın Amerikan musiqisində mahnıları ifa etdilər.
Konsertdə həmçinin  Əməkdar artistlər tarda Sahib  Paşazadə ,kamançada Toğrul Əsədullayev,eləcə də istedadlı xanəndə Nisbət Sədrayevanın birlikdə ifaları gecəyə rəng qatıb.
Konsert dövlət qurumlarının  və diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə maraqla və alqışlarla qarşılanıb.
04.05.2018