
Beynəlxalq Muğam Mərkəzində “Klassik musiqi inciləri” layihəsi çərçivəsində konsert keçirilib
Mayın 31- də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin “Klassik musiqi inciləri” layihəsi çərçivəsində konsert keçirilib.
Mərkəzin səhnəsində layihə çərçivəsində ötən konsertdə rusiyalı skripkaçı Elina Drux möhtəşəm konsertlə çıxış etmişdi.
Konsertmeystr Arzu Səfərovanın müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüləri Aytən İbrahimova ,Zərrin Əliyeva, Əməkdar artistlər Təranə Əliyeva, Ələkbər Ələkbərov, ifaçılar - Aytən İbrahimova, Rövşən Qurbanov, Mehri Əsədullayeva, Fərid Quliyev çıxış ediblər.
Konsertdə Niyazinin,S.Rüstəmovun,T. Bakıxanovun, A.Rzayevin, S. Əliyevanın, H. Rzayevin, V. Adıgözəlovun, N. Əliverdibəyovun əsərləri səslənib.
Beynəlxalq Muğam Mərkəzi bir sıra layihələr həyata keçirir ki, bunlardan da "Aşıq musiqisi axşamları","Sirlər xəzinəsi","Unudulmayanlar", “Yeni nəsil dəvət edir”, “Dastanlar”, “Muğamat var olan yerdə”, “Muğam axşamları”, “Vətənimdir Azərbaycan” adlı layihələri xüsusi ilə qeyd etmək lazımdır.
31.05.2018