• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi axşamı keçirilib.

 Sentyabrın 22- də Beynəlxalq Muğam Mərkəzində  gənc pianoçu, Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva öz gözəl ifaları ilə musiqisevərləri  sevindirib.
Konsert Heydər Əliyev Fondunun  və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə   Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.
Gənc ifaçı V.A.Mosartın, F.Şopenin, Q.Qarayevin, S. Prokofyevin əsərlərini səsləndirib.
Vüsalə Babayeva Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsini bitirib və hazırda magistr pilləsi üzrə təhsilini professor Nərminə Quliyevanın sinfində davam etdirir.
Vüsalə Babayeva  bir çox respublika və beynəlxalq müsabiqələrin laureatıdır. 2011-ci ildə Bolqarıstanda keçirilən XVI Beynəlxalq "Ümidlər, istedadlar, ustadlar" müsabiqəsində I yerə, 2016-ci ildə Estoniyada keçirilən VII Beynəlxalq "Baltik ulduzları" müsabiqəsində II yerə, 2017-ci ildə Almaniyada keçirilən VII Beynəlxalq “Musical fireworks in Baden-Wurttemberg” adlı müsabiqədə I yerə layiq görülüb.
Konsert musiqisevərlər tərəfindən gur alqışlarla qarşılanıb.
 Qeyd edək ki, Ü. Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 25- də Beynəlxalq Muğam Mərkəzində “Şur dünyası” adlı konsert keçiriləcək.

Gecədə  “Könül” ansamblının müşayiəti ilə  Xalq artistləri Aygün Bayramova, Gülyanağ Məmmədova və  Əməkdar artist Ehtiram Hüseynov çıxış edəcəklər

22.09.2018