• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

 Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan xalq mahnıları” adlı festivalın ilk konserti keçirildi. 

 Oktyabrın 8- də Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalının “Azərbaycan xalq mahnıları” layihəsi çərçivəsində  ilk konsert keçirilib. 
 Konsertin rısmi hissəsində “Mədəniyyət” kanalının direktoru, layihənin bədii rəhbəri Ramil Qasımov açaraq, layihənin keçirilməsinin məqsədi və əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, birinci Vitse prezident Mehriban xanım tərəfindən  azərbaycan musiqi tarixinə , musiqi mədəniyyətinə verdiyi dəyərə görə minnətdarlığını bildirib. Xalq  artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bir neçə gün ərzində davam edən festival çərçivəsində tamaşaçıların “Azərbaycan xalq mahnıları”nın müxtəlif janrlarda  görəcəklərini qeyd etdi. 
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov festivalda çıxış edərək Heydər Əliyev Fonduna azərbaycan musiqisinə göstərdiyi qayğıya, xalq mahnılarımızım  və  muğamlarımızın ölkənin hüdudlarında layiqincə təbliğ olunmasına görə təşəkkürünü bildirdi.   
Konsertdə Xalq artistləri Mənsum İbrahimov (”Qara tellər,”Şirvan yolları”), Nəzakət Teymurova (“Üç gündən bir,beş gündən bir”)Teyyub Aslanov (“Aman təklik əlindən”), Gülyanag Məmmədova (“Durna dad əlindən”),Simarə İmanova (“Küçələrə su səpmişəm”,”Aman ovçu”), Gülyaz Məmmədova (“Çalpapaq”),  Zabit Nəbizadə (“Yaxan düymələ”,”Badamıgöz gəlin”), Əməkdar artistlər Ehtiram Hüseynov (“Sarı gəlin”), Təyyar  Bayramov(“Ay dili-dili), Babək Niftəliyev (“Xumar oldum”)İlkin Əhmədov (“Yeri dam üstə yeri”), Fehruz Məmmədov (“ Qara gilə”), Almaz Orucova (“ Gəl bizə yar”), Zakir Əliyev (“Ay bülbüllər”), Gülüstan Əliyeva (“Bağçada güllər”) çıxış etdilər.
Gecədə xanəndələri Elçin Haşımov (Əməkdar artist, tar), Elnur Əhmədov (Əməkdar artist, kamança), Ələkbər Ələkbərov(Əməkdar artist,tar), Əli Əsgər Məmmədov(Əməkdar artist,tar), Elşən Mansurov (Əməkdar artist,kamança),   Xəyyam Məmmədov (Əməkdar artist,kamança), Mehman Mikayilov(tar), Cahandar Mikayilov (kamança) Siyavuş Kərimov (nağara), Elməddin Həsənov (nağara), ramin Abdullayev (nağara)müşayiət ediblər.

08.10.2018