• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi - “Qəzəllər”.

 Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin yeni - “Qəzəllər” layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin  Nəsiminin qəzəlləri mövzusunda gözəl musiqi gecəsi keçirildi.
Konsertdə televiziya muğam müsabiqələrinin qalibləri - Elgiz Əliyev, Sədəf Budaqova və Qızılgül Babayevanın ifasında Nəsiminin qəzəllərindən ibarət “Rast” dəstgahı səsləndi.
Müşaiyət edirdi “Muğam” ansamblı: tarda Səxavət Məmmədov, kamançada Toğrul Orucov, qanunda Safura Məmmədova, balabanda Həsən Ağayev, nağarada Ağa Əliyev, udda Vasif Yusifli. 
Tədbir qəzəlsevərlər üçün çox maraqlı keçdi  və gur alqışlarla qiymətləndirildi.       
25.10.2018