• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində parlaq konsert keçirildi.

 
Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “Xalq çalğı alətləri ifaçılığı” və “Muğam sənəti” kafedralarının  tələbələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş gözəl konsert keçirildi.
 
Tədbir  Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində  həyata  keçirilmişdi.
 
Konsertdə universitetin tələbələrinin ifasında Səid Rüstəmovun “Haralısan”,”Şer deyilmi”, “Oxu gözəl”, Tofiq Quliyevin “Tez gəl”,   Hacı Xanməmmədovun “Gözünə qurban”, ”Üzün mənnən niyə döndü”,  Emin Sabitoğlunun “Sən olmuşam”, ”Bu gecə”, “Dağları duman alanda”, Cahangir Cahangirovun “Zərif gülüşlüm”, Şəfiqə Axundovanın “Mehriban olaq”, “Həsrətində”, Ramiz Mirişlinin “İlk sevgi”, Oktay Rəcəbovun “Sevərsənmi”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Musa Mirzəyevin “Yeni il gəlir”, Elza İbrahimovanın “Mehribanım” mahnıları səsləndi.
 
Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.