• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzinin solistləri bu dəfə Suraxanı rayonunda  çıxış etdilər

Sentyabrın 13-də  “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında keçirildi. Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə gerçəkləşən  tədbir 18 sentyabr Milli Musiqi gününə həsr olunmuşdu. Muğam dolu gecədə gənc xanəndələrin ifasında muğam dəstgahları, təsnif və xalq mahnıları səsləndirildi. Beynəlxalq Muğam Mərkəzinin solistləri , Əməkdar artist Elnur Zeynalov və xanəndələr  Almaxanım Əhmədli, Könül Xəlilzadə, Nisbət Sədrayeva "Mahur", "Şur" muğamları, xalq mahnıları, təsniflərlərdən ibarət rəngarəng repertuar təqdim etdilər. Konsert proqramı Suraxanı rayon sakinləri tərəfindən böyük maraqla qarşılandı.  Konserti izləyən tamaşaçılar sırasında Suraxanı rayon sakinləri ilə yanaşı Bakı şəhər Mədəniyyət Baş idarəsinin rəhbərliyi və idarənin tabeliyində olan təşkilatların əməkdaşları da var idi.
Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək.  Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.

Beynəlxalq Muğam Mərkəzi bu günə kimi bir çox birgə layihələrə imza atıb. Televiziya kanalları, səfirliklər, müxtəlif təşkilatlarla reallaşan uğurlu layihələr sırasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan “Caspian etüd” Beynəlxalq gənc pianoçuların müsabiqəsini misal çəkə bilərik. BMM həm ölkə daxilində həm də beynəlxalq əhəmiyyətli birgə layihələri fəaliyyətinin əsas istiqaməti kimi davam etdirməkdədir.

13.09.2019