• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində Əmir Pəhləvanın 60 illik yubileyi keçirilib
Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ədəbiyyatının və kino incəsənətinin görkəmli nümayəndələrindən biri yazıçı-dramaturq Əmir Pəhləvanın anadan olmasdının  60 illiyinə  həsr olunmuş yubiley tədbiri keçirilib.
Yubiley gecəsində tədbirin aparıcısı professor İlham Rəhimli dramaturqun həyat və yaradıcılığından söz açıb. Bildirib ki, 70 kitabın, 20 filmin, 2 teatr tamaşasının müəllifi olan olan ədibin 5 filmi ( “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız Qalası”, “Bakı Nefti və Nobellər”)xarici kinofestivalların qalibi və baş mükafatlarını almışdır.15 kitabı Avropa, ABŞ ,Türkiyə - 20 kitabı Rusiya və Ukraynada çap olunmuşdur. Daha sonra yubilyarın ünvanına gələn təbrik  teleqramları Qazaxıstan Respublikasının eks prezidenti Nursultan Nazarbayev,  Mixael Sidorjevski – Ukrayna Yazıçılar İttifaqının sədri, Lidiya Dovıdenko – Rusiya Yazıçılar İttifaqının katibi və s oxunub.
Tədbirdə akademik Nizami Cəfərov, Xalq şairi Vahid Əziz, ədəbiyyatşünas alim Qurban Bayramov çıxış edərək təbriklərini ünvanlayıb, dramaturqun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Yubiley tədbiri konsert proqramı ilə davam edib. Gecədə Xalq artisi Zabit Nəbizadə, Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva,  Azad  Şükürov və gənc müğənnilərin ifaları təqdim edilib. Tədbirin sonunda yubilyar çıxış edərək təşkilatçılara və qonaqlara təşəkkürünü bildirib.


15.10.2019.