• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov Beynəlxalq Muğam Mərkəzini ziyarət edib

 Nzami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov Beynəlxalq Muğam Mərkəzini ziyarət edib.
Xalq artisti Murad Hüseynov  qonağa  Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında məlumat verib.
Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunan Beynəlxalq Muğam Mərkəzinin açılışı 2008-ci ilin 27 dekabrında keçirilib. Qeyd olunub ki, Azərbaycan muğam sənəti, bu sənətin əsas alətləri – tar, kamança UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısındadır. Bunun özü böyük uğurdur və muğamın təbliğində vacib rol oynayır. Dünyanın elə bir qitəsi yoxdur ki, muğam ifaçılarımız orada çıxış etməsinlər. Heydər Əliyev Fondu dünyada musiqimizin təbliği bağlı böyük layihələr həyata keçirir. Dünyanın məşhur musiqiçiləri ilə bizim musiqiçilərimiz arasında sıx əlaqə, dostluq münasibətləri yaranır. Beynəlxalq Muğam Mərkəzində də bu istiqamətdə müxtəlif layihələr reallaşır, elmi konfranslar, dəyirmi masalar, konsertlər keçirilir.
Görüş zamanı Özbəkistanda da muğam sənətinin geniş inkişafı nəzərə alınaraq  birgə tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Özbəkistan Makam (muğam) İnstitutu ilə Bakıdakı Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb. Qarşılıqlı sənət mübadiləsi məsələləri müzakirə edilib.  
Qonaqlara BMM-nin foyesində olan ekspozisiyada nümayiş olunan milli musiqi alətləri haqqında da məlumat verilib.
Sonra Beynəlxalq Muğam Mərkəzinin solistlərinin konsert proqramı təqdim olunub. Gənc xanəndələr xalq mahnıları və təsnifləri, eləcə də muğamlardan parçalar səsləndiriblər.
Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq və muğamlarımızdan nümunələr qonaqda  xoş təəssürat yaradıb.