• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər
Beynəlxalq Muğam Mərkəzi ilə  Özbək Makom (muğam) Milli İncsənət Mərkəzi  arasında videoformatda onlayn görüş keçirilib
Onlayn görüşdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov BMM-nin konsert, beynəlxalq, nəzəri və elmi-tədqiqat fəaliyyəti haqqında məlumatı  nəzərə çatdırıb.
Saibcan Beqmatov  öz növbəsində birgə mədəniyyət layihələrinin, konsertlərin keçirilməsini təklif edib.
Görüş zamanı iki təşkilat arasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi, əlavə bir sıra digər məsələlər müzakirə edilib. Müzakirələr zamanı müvafiq əməkdaşlığın genişləndirilməsi, o cümlədən, milli musiqinin təbliği baxımından iki qurum arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri qaldırılıb. Azərbaycanın muğam və Özbəkistanın makom sənətinin qarşılıqlı öyrənilməsi və tədqiqi istiqamətində fikir mübadiləsi aparılıb. Bu sahənin tədqiqatçıları arasında təcrübə mübadiləsi aparılması ilə bağlı razılıq əldə olunub. Eyni zamanda, xanəndələrlə makom sənətinin müəllimləri arasında əməkdaşlığın qurulması məsələsi müzakirə olunub.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi  musiqili-nəzəri tədbirlərin inkişafını davam etdirir. Beynəlxalq fəaliyyətinin coğrafiyasını daim genişləndirərək yeni  yaradıcılıq layihələri həyata keçirir, milli incəsənəti həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təbliğ edir.