• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin xatirəsinə həsr olunmuş tədbir keçirildi
Fevralın 6-da Beynəlxalq Muğam Mərkəzi və “Asan könüllüləri” təşkilatı Xalq artisti, xanəndə Ağaxan Abdullayevin xatirəsinə həsr olunmuş tədbir keçirdi. Xatirə gecəsində görkəmli xanəndənin həyat və yaradıcılıq yoluna işıq salındı. Tədbirin əvvəlində xanəndənin muğam müsabiqələrində və televiziya verilişlərində çıxışlarından kadrlar nümayiş olundu.
Xalq artistləri, tarzən Vamiq Məmmədəliyev, Malik Mansurov , BMM-nin layihə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış edərək xanəndənin muğam sənətimizdə xidmətlərindən söz açdılar.
Çıxışların sonunda xanəndənin oğlu Xoşbəxt Abdullayev tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etdi.
Tədbir konsert proqramı ilə davam etdi. Gecədə Ağaxan Abdullayevin tələbələri, BMM solistləri Vəfa Vəzirova, Nisbət Sədrayeva, Məmməd Nəcəfov xanəndənin repertuarından muğam və təsniflər təqdim etdilər. Oğlu Hikmət Abdullayev ifasında atasının xatirəsinə həsr etdiyi “Ata” mahnısına çəkilmiş klip nümayiş olundu.