• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzi “Dəyirmi masa” layihəsinin 2022-ci ildə ilk tədbirini xanəndə, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, Şuşada dünyaya gələn Bülbülcanın 180 illik yubileyinə həsr etdi. Yeni formatda musiqili-elmi-nəzəri layihə şəklində keçirilən tədbirdə xanəndənin həyat və yaradıcılığı, muğam sənətinə verdiyi töhfələrdən söz açıldı. Layihənin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur. Tədbiri filologiya üzrə fəlsəfə doktoru, Bülbülcan irsinin araşdırıcısı Gülhüseyn Kazımlı açıq elan edərək qonaqları BMM rəhbərliyi adından salamladı. Daha sonra BMM-nin layihələri və dövrünün tanınan xanəndəsi olmuş Bülbülcanın həyat , yaradıcılığı haqqında məlumat verdi. “Dəyirmi masa”nın iştirakçıları Əməkdar incəsənət xadimi Aqil Məlikov Bülbülcanın qardaşları Əli və Qəmbər Zülalovlarla bağlı xatirələrini bölüşdü. Əməkdar artist, tarzən Valeh Rəhimov orta əsrlərdən bu günə kimi Azərbaycan muğamının keçdiyi yola nəzər salaraq Bülbülcanı bu yolun başlanğıcında duran xanəndələrdən biri kimi xarakterizə etdi. Professor Vilayət Quliyev XIX əsrin II yarısında Şuşa ədəbi və mədəni mühiti haqqında məruzə etdi. Xalq artisti, bəstəkar Sərdar Fərəcov Üzeyir Hacıbəyovun Bülbülcanla sənət əlaqələri haqqında danışdı. Yazıçı, publisist Mustafa Çəmənli çıxışı zamanı xanəndənin yaradıcılığı ilə bağlı düşüncələrini bölüşdü. Tədbirin sonunda Bülbülcanın nəticəsi Tərlan Zülalov və qardaşı, opera müğənnisi Əli Zülalovun nəvəsi Anar Hacızadə tədbirin təşklinə görə BMM rəhbərliyinə təşəkkür etdilər. Layihə bu dəfə fərqli formatda təqdim edildiyindən BMM solistlərinin ifaları foyedə tədbiri izləyən tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Layihə boyu BMM-nin solistləri Əməkdar artist İlkin Əhmədov, xanəndələr Hüseyn Məlikov, Vəfa Vəzirova, Nisbət Sədrayeva və Rövşən Bəşirovun ifasında xalq mahnıları və muğamlar səsləndirildi. Xanəndələri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov(kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara) və balabanda Rafael Əsgərov müşayiət edirdi. Qeyd edək ki, BMM-nin tədqiqat işləri “Unudulmayanlar” və “Dəyirmi masa” layihələri çərçivəsində həyata keçirilir. “Dəyirmi masa”nın mart ayı buraxılışı Cabbar Qaryağdıoğluna həsr olunacaq.