• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzinin “Vokal musiqisi axşamları” layihəsi çərçivəsində xeyriyyə konserti təqdim olundu Martın 10-da Beynəlxalq Muğam Mərkəzinin “Vokal musiqisi axşamları” layihəsi çərçivəsində Əməkdar artist Afaq Abbasova və pianoçu Səidə Tağızadənin iştirakı ilə konsert təqdim edildi. BMM-nin təşkilatçılığı ilə təşkil edilən konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə müraciət edildi. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan proqramda Səid Rüstəmov “Gəlmədin”, Tofiq Quliyev “Arzular”, P.Axundova “Salam, Şuşa”, F.Cilea “Adriana Lecouvreur” operasından Adriananın ariyası, C.Puccini “ La Rondine” operasından Maqdanın ariyası, S.Raxmaninov “Vokalist”, həmçinin F.Şopen, F.Şubert və digər bəstəkarların əsərləri ilə yanaşı xalq mahnıları səsləndirildi. İfaçıların çıxışları dinləyicilər tərəfindən yüksək qiymətləndirildi. Konsertin proqramı həm janr, həm də dövr baxımından olduqca rəngarəng və maraqlı şəkildə təşkil olunmuşdu. Belə ki, konsert boyu həm fortepiano həm də vokal mürəkkəb ifaçılıq texnikası tələb edən əsərləri, mahnı, ariya və romansları incə zövqlə tamaşaçılara təqdim edə bildilər. Afaq Abbasova və Səidə Tağızadənin ifaçılıq qabiliyyəti, orijinal aktyorluq məharəti və rəngarəng çıxışları tamaşaçılarda xüsusi ovqat yaratdı. İfaları ilə “Vokal musiqisi axşamları”nı işıqlandıran solistlər möhtəşəm çıxışları ilə tamaşaçı qəlbini və ruhunu notların sehrli dünyasına səyahətə qərq etdi. Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin “Vokal musiqisi axşamları” layihəsi çərçivəsində təşkil etdiyi xeyriyyə konsertindən əldə edilən vəsait "YAŞAT" Fonduna köçürüləcək.