• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

 
Aprelin 7- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi çıxış edərək  ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, hazırda strateji əməkdaşlıq səviyyəsində olan bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu vurğuladı. Qeyd etdi ki, ölkəsi ilə Azərbaycanı həm də mədəni bağlar bir-birinə yaxın edir.
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, ötən 30 illik dövrdə Azərbaycan-Macarıstan əlaqələri iki ölkənin dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.  . Nazir həmçinin erməni işğalından azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinə macar şirkətlərinin də qoşulmaq istəyinin məmnunluq doğurduğunu qeyd etdi. Bildirdi ki, elm, təhsil və mədəniyyət sahəsində iki ölkənin əlaqələri də sürətlə inkişaf edir.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Azərbaycan-Macarıstan əlaqələrinin iki ölkənin parlamentləri arasında da yüksək səviyyədə özünü göstərdiyini vurğuladı.

Daha sonra tədbir mədəni proqramla davam etdi. Konsert proqramında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə  (dirijor Əməkdar artist Əyyub Quliyev) Azərbaycan və Avropa bəstəkarlarının əsərləri təqdim olundu. Xalq artisti, pianoçu Murad Hüseynov, Əməkdar artist Ramil Qasımovun ifaları böyük alqışlarla qarşılandı. Proqramda B.Bartok, Fikrət Əmirov, T. Quliyev, F.Erkel, C.Verdi, F.List əsərləri səsləndirildi.