• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Məhəbbət haqqında” adlı musiqili-poeziya gecəsi keçirilib Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində musiqili –bədii gecə keçirildi. “Məhəbbət haqqında” adlı gecədə rus yazıçıları Boris Posternak, Anna Axmatova, Bella Axmadulina, Robert Rojdestvenskinin şeirləri səsləndi. Musiqili-poeziya gecəsində həmçinin S.Raxmaninov, A.Piazolla, L.Eynaudi və digər bəstəkarların əsərləri səsləndirildi. Layihənin rəhbəri , Colibri Arts şirkətinin rəhbəri Ülviyyə Axundova bildirdi ki, incəsənət və mədəniyyət insanları bir araya gətirmək üçündür. Biz bu layihə ilə göstərmək istədik ki, hamı birdir. İnsanlar təcrübələrdə, hisslərdə, duyğularda birləşir. Pandemiyadan sonra insanların sevgiyə və həyata uyğunlaşmağa ehtiyacı var. Bu ehtiyacın da əzəlində musiqi və poeziya dayanır. Gecədə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edirdi. Səfirlik tədbirin təşkilinə görə minnətdarlığını ifadə edib. Gecənin qonaqları üçün Bakıya xüsusi məhəbbətlə yanaşan, paytaxta müxtəlif şeirlər həsr edən şairlərin şeirləri səsləndirildi. Şəhərin rəngi, heç bir yerdə rast gəlinməyən səmimi sevgisindən bəhs edən sətirlərlə musiqinin harmoniyası qonaqlarda xoş təəssürat yaratdı.