
Beynəlxalq Muğam Mərkəzində "Bahar süitası" adlı gözəl klassik musiqi axşamı keçirilib.
10 mart saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Bahar süitası" adlı gözəl klassik musiqi axşamı keçirildi.
Gecədə Səidə Tağızadə - piano, əməkdar artist Aleksey Miltıx - violonçel, əməkdar artist Sahib Paşazadə - tar, Ümidə Abbasova - viloin və Azərbaycan Dövlət Simli Kvarteti(Uran Səidov-1-ci skripka, Soltan Məmmədova -2-ci skripka, əməkdar artist Vaxtanq İmanov
- alt və Aleksey Miltıx - violonçel) çıxış etdi.
Fikrət Əmirovun və Nəriman Əliverdibəyovun ədərlərini Səidə Tağızadə (piano), əməkdar artist Aleksey Miltıx (violonçel) duet olaraq ifa etdilər. Daha bir duet isə Ümidə Abbasova ilə Səidə Tağızadənin birgə ifa etdikləri Niyazınını "Rast" simfonik
muğamından fraqment oldu. Sahib Paşazadə isə Səidə Tağızadə ilə F.Əmirovun "Orqiya", V.Adıgözəlovun "Qərənfil", H.Rzayevin "Çahargah rapsodiyası" əsərlərini ifa etdilər.
Azərbaycan Dövlət Simli Kvarteti(Uran Səidov-1-ci skripka, Soltan Məmmədova -2-ci skripka, əməkdar artist Vaxtanq İmanov - alt və Aleksey Miltıx - violonçel) Xəyyam Mirzəzadənin iki miniatürünü pianoçu Sıidə Tağızadə ilə birlikdə
ifa etdilər. daha sonra Ə.Bədəlbəylinin, T.Bakıxanovun, Y.İmanovun və F.Bədəlbəylinin əsərləri səsləndi.
Bu ifaçıların Beynəlxalq Muğam Mərkəzindəki ilk çıxışları deyil və buna görədə klassik musiqi sevərlər həmin gün musiqi zövqlərini kökləmək üçün Beynəlxalqm Muğam Mərkəzinə cəmlənmişdilər. Tamaşaçılar hər ifanın sonunda gurultulu alqışlarla ifaçılara öz sevgilərini çatdırdılar.
10.03.2017