• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Şövkət Ələkbərovanın 100 illik yubileyinə həsr olunan konsert təqdim olundu

 

Bu il görkəmli müğənni, pedaqoq, Xalq artisti Şövkət Ələkbərovanın (1922-1993) anadan olmasının 100 illiyidir. Mədəniyyət ocaqlarında yubileylə bağlı tədbirlər təşkil olunur, unudulmaz sənətkarın yaradıcılığına nəzər salınır.

Xalq artistinin 100 illik yubileyi ilə bağlı daha bir tədbir dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində keçirildi.

Gecədə əvvəlcə Şövkət Ələkbərovanın ifasında “Şən Azərbaycan” mahnısının lent yazısı nümayiş olundu.  Daha sonra tədbirin aparıcısı Səmray Əliyeva Şövkət Ələkbərovanın həyat və yaradıcılığından söz açdı.

Konsert proqramında Ş.Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri Ümidvar İsmayılov C.Cahangirovun “Cənnətim Qarabağ”, Kənan Sultanov isə T.Quliyevin “Azərbaycan” mahnılarını ifa etdikdən sonra  Əməkdar artistlər Zakir Əliyev, Nurlan Növrəsli, Nuriyyə Hüseynova, BMM-nin solistləri  Kamilə Nəbiyeva, Rəvanə Qurbanova, Vəfa Vəzirova,  Səbinə Ərəbli və  ifaçılar Nurlana Abdullayeva, Nurlan Əzizbəyli, Taleh Yahyayev, Nigar Cəlilova, Nəsimi Məmmədov, Aynur İsgəndərli, Vəfa Cəfərova, Cəlal Kərimov,  Samir Piriyev, Talıb İsgəndərli, Aişən Eminli çıxış etdilər.

Proqramda Şövkət Ələkbərovanın repertuarında yer alan  görkəmli bəstəkarlar T.Quliyevin,  E.İbrahimovanın,  T.Əhmədovun, E.Sabitoğlunun, H.Xanməmmədovun,  R.Mirişlinin , C.Cahangirovun ,  Qənbər Hüseynlinin mahnıları səsləndirildi.

İfaçıları F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının instrumental heyəti müşayiət edirdi.

Qeyd edək ki, BMM mütəmadi olaraq il ərzində yubileyləri qeyd edilən sənətkarların irsinin təbliği istiqamətində fəaliyyətini davam etdirərək  konsert və elmi-nəzəri layihələr təqdim edir.