Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsi davam edir.
Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə “ adlı birgə layihəsi çərçivəsində növbəti III Muğam Televiziya Müsabiqəsinin qalibi,Azərbaycan Televiziya və Radiosunun solisti Səbinə Ərəblinin konserti keçirilib.
Gecədə Səbinə Ərəbli “Etməzmidim”(C.Cahangirov,M.Füzuli),”Qəlbimin səsi”(P.Axundova,İ.Aslanov),”Dünya,necə dünyasan”(O.Kazımi, C.Novruz),”Süzən qızlar”(C.Cahangirov,R.Zəka),”El yolunda” (Ə.Tağıyev, H.Baxış),”Səni sevən baxışlar” (R.Mirisli, F. Qoca), “Gəl al qadamı”(Z.Xanlarova, T. Şahdağlı) bəstəkar mahnılarını,muğamlardan parçaları və təsniflər” səsləndirib.
Xanəndəni “Uğur” ansamblı -Əməkdar artist Ələkbər Ələkbərov (tar), Əməkdar artist Elşən Mansurov (kamança), Əməkdar artist Çinarə Heydərova (qanun), İdris Hüseynov (ud), Taleh Ağayev (elektro piano), Taleh Qafarov (zərb aləti), Abbas Səfərov( nağara), İdris Tağıyev (balaban) və Fərid Babayev (bəm kamança) müşayiət edib.Ansanblın bədii rəhbəri Ələkbər Ələkbərovdur.
Sonra Əməkdar müəllim Qəzənfər Abbasov çıxış edərək tələbəsi Səbinə Ərəbli haqqında öz ürək sözlərini tamaşaçılarla bölüşüb.
Səbinə Ərəbli tanınmış pianoçu,Əməkdar artist Emil Əfrasiyabın müşayiəti ilə “Sən mənimsən, mən sənin”(T.Quliyev,Z.Cabbarzadə) mahnısını ifa edib.Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
22.11.2017