
Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamlar”ı adlı
möhtəşəm layihə davam edir.
Beynəlxalq Muğam Mərkəzinin layihələrindən olan “Muğam axşamları” uzun müddətdir ki, muğamsevərlərin könlünü oxşayır.
Xatırladaq ki,ötən mövsüm mayın 16-dan iyunun 30-na qədər layihə çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin ifasında “Rast”,”Şur”,”Segah”,”Çahargah”,”Bayatı-Şiraz”,”Şüştər”, ”Hümayun” muğamları ifa edilmişdir.
Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində, “Muğam axşamları” layihəsi çərçivəsində “Dəşti”,”Qatar”,”Mirzə Hüseyn Segahı” səslənib.
İlk olaraq tanınmış xanəndə Nasir Ətəpur “Dəşti” muğamını,müxtəlif illərdə keçirilmiş Televiziya Muğam Müsabiqəsinin
iştirakçıları Nüsabə Kərimli və Gülnar Qüdrətli “Qatar” muğamını,Əməkdar müəllim Qəzənfər Abbasov və V Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Ülviyyə Məmmədzadə isə “Mirzə Hüseyn Segahı”nı ifa ediblər.
Xanəndələri tarzən Rövşən Qurbanovun bədii rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edib.Ansamblın üzvləri: Əməkdar artist Təranə Əliyeva(qanun),Ceyhun Muradov(kamança),Kamran Novruzov(bas tar),Abuzər Güləliyev(balaban),Anar Niftullayev(qarmon),Oruc Orucov(piano),Ramin Abdullayev(nağara).
Gecədə xanəndələrin ifasında təsniflər və xalq mahnıları da ifa edilib.Gecə tamaşaçıların sürəkli alqışları ilə sona çatıb.
Yeni mövsümdə dekabrın 27-nə qədər davam edəcək “Muğam axşamlar”ı “Xaric Segah”- 6dekabrda, ”Heyratı”,”Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”,”Osmanlı”,”Heydəri”,”
Simayi-Şəms”-13 dekabrda,”Ovşarı”,”Arazbarı”-27 dekabrda tamaşaçılara təqdim olunacaqdır.
29.11.2017