EN

RU

AZ

Tel:  (+994 12) 497-89-72, 497 89 73
Fax:(+994 12) 497 89 76

Beynəlxalq Muğam Mərkəzi

Muğam (ərəb: yer, məkan) – Azərbaycan musiqisində şifahi ənənəli professional musiqi sənəti; şifahi ənənəyə malik Azərbaycan klassik musiqi janrlarından biri; iri həcimli vokal – instrumental və ya instrumental əsər.

Mürəkkəb ideya – emosional məna daşıyan, dərin və bitki təfəkkür, bədii həyacan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edir. Xüsusi musiqi təhsili görmüş peşəkar musiqi ifaçılarının yaradıcılıq məhsulu olan muğa- şifahi ənənələr arasında ustad – şagird münasibətləri zəminində nəsildən – nəsilə ötürülür. Muğam yarandığı zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış, kamilləşmişdir. Bütün Şərq xalqlarının mədəniyyətində belə bir musiqi növü vardır, lakin müxtəlif regionlarda yaşayan xalqlarda müxtəlif adlarla yaşayır: azərbaycanlılarda muğam, iranlılarda – dəstgah, ərəblərdə makam, türklərdə təqsim, tacik və özbəklərdə şaşmakom, uyğurlarda patet, qazaxlarda küy, qırğızlarda kü və s. Belə ad müxtəlifliyinə baxmayaraq, onları birləşdirən əsas cəhət muğamın yalnız professional musiqiçilər tərəfindən yaradılması və ifa olunmasıdır. Muğam tipli sənət nümunələri bütün Şərq xalqlarında əsrlərdən bəri sabit qanunlar əsasında çalınıb – oxunaraq yaradılan silsilə əsərlərdir. Onlar varislik ənənəsi ilə mənilsənilərək, nəsil – nəsil qorunur. Bununla yanaşı, hər bir xalqın mədəniyyətinə və musiqisinə xas olan milli xüsusiyyətlər bu sənət növündə həm musiqidə, həm də ifaçılıqda özünü büruzə verir. Bu da onları bir-birindən fərqləndirən əsas cəhətdir.Muğamın tarixi çox qədimdir. Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın yaranmasını alimlər hələ keçən minilliyə, İslamaqədərki dövrə aid edirlər. Onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam sözünün mənası da Allah tərəfindən göndərilən musiqi kimi izah olunmuşdur. Muğamın İlahinin qüdrətilə insanların ruhunu təmizləməsi, saflaşdırılması fikri də söylənilir. Təsadüfi deyil ki, qədim dövrün alimləri insanları muğam sədaları ilə müalicə edirdilər. Muğamları planetlərlə əlaqələndirirdilər: “Nəva” muğamı – Ay planetinə, “Busəlik” – Merkuri, “Rast” – Venera, “Əraq” – Günəş, “Üşşaq” – Mars, “Zirəfkənd” – Yupiter, “Rəhavi” – Saturn planetinə uyğundur.Qədim dövrlərdə peşəkar xalq ifaçılarının yaratdıqları musiqi “nəva”, “rah”, “xosrovani” adlanırdı. Musiqi mədəniyyəti inkişaf etdikcə isə yeni forma və janrlar meydana gəlmişdir. Muğamın bir janr kimi formalaşması XII – XIII əsrlərə “Müsəlman Renessansı” dövrünə aiddir. Bu dövrdə məhz poeziyanın yüksəlişi (Nizami, Xaqani, Nəsimi, Füzuli və başqa şairlər) muğamın da inkişafına təkan

Muğam operası – XX əsrin əvvəllərində Azərbaycan meydanına gəlmiş orijinal opera janrı. Üzeyir Hacıbəylinin yaradıcılığında təşəkkül tapmışdır.