• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər
Beynəlxalq Muğam Mərkəzində  Xalq artisti Kamil Cəlilovun  80 illik yubiley gecəsi keçirilib.
 Martın 1- də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, şöhrət ordenli, mahir qaboy ifaçısı Kamil Cəlilovun 80 illik yubiley gecəsi keçirilib.
Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
 Azərbaycan  Respublikasının Prezidenti cənab  İlham Əliyevin  xüsusi sərəncamı əsasən  Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Kamil Cəlil oğlu Cəlilov “Şərəf” ordeninə layiq görülüb.
  “Şərəf” ordenini Kamil Cəlilova  Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazrinin müavini cənab Ədalət Vəliyev  təqdim edib.
1938-ci ilin 29 yanvar tarixində Bakı şəhərində anadan olan Kamil Cəlilov  Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus orijinal üslubu olan mahir qoboy ifaçısıdır. Azərbaycan Dövlət Konservatoriyasını  bitirdikdən sonra  əmək fəaliyyətinə  başlayan sənətkar  öz istedadı və zəhmətsevərliyi sayəsində qısa müddət ərzində xalq musiqi incilərini dərindən öyrənmiş və 40 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirmişdir.
İstedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Xalq Artisti Gülarə Əliyevanın  yaratdığı “Dan ulduzu”  ansamblının solisti olmuşdur.  Kollektivlə birgə Kamil Cəlilov milli musiqi sənətimizi  Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Əfqanıstanda, İordaniyada, Əlcəzairdə, Mərakeşdə, Çexoslovakiyada, Norveçdə, İranda, İsraildə, Kanadada və dünyanın digər  ölkələrində məharətlə təqdim etməklə  musiqimizin təbliğində  böyük  xidmətlər göstərmişdir.
Uzun illər ərzində İncəsənət  Gimnaziyasında müəllim kimi pedaqoji fəaliyyətlə  məşğul  olan  Kamil Cəlilov  milli ifaçılıq məktəbinin yüksək ənənələri əsasında  səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə  sərf etmişdir.
 
Gecədə sənətkarın həyat və yaradıcılıq yolundan  ibarət vidioçarx nümayiş olunub. 
 Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi Akademik opera və balet teatrının baş rejissoru Hafiz Quliyev Kamil Cəlilovun  həyat  yolundan, Azərbaycan musiqi tarixinə verdiyi töhvələrdən danışaraq,  qaboy musiqi alətinin Azərbaycan çalğı musiqi alətləri sırasında tutduğu məqamdan, xalqımızın ən çox sevdiyi musiqi alətlərindən biri olduğunu vurğlayıb.
Tədbirdə akademik Vasim Məmmədəliyev,Əməkdar incəsənət xadimi Zenfira Qafarova və musiqişünas Səadət Təhmirazqızı Kamil Cəlilovu təbrik edərək  öz ürək sözlərini bölüşüblər.
  Daha sonra tədbir bədii hissə ilə davam edib.
Bədii hissədə Xalq artistləri Gülyaz Məmmədova, Səkinə İsmayilova, Əməkdar artistlər İlkin Əhmədov, Ehtiram Hüseynov, Fərid Əliyev, Sahib Paşazadə,ifaçılar Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Səbinə Ərəbli və  Aşıq Əhliman çıxış ediblər.
 İfaçıları Azərbaycan Dövlət AkademikFfilarmoniyasının nəzdində xalq çalğı alətləri ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Ağaverdi Paşayevdir.
Tədbirin sonunda Kamil Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Azərbaycanın çiçəklənməsinə,mədəniyyət xadimlərinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.
 
01.03.2018