• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Muğam Mərkəzində “Future Stars 2018” (“Gələcəyin ulduzları”) IX Beynəlxalq Klassik Musiqi Festivalının müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçdi.

 
Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində “Future Stars 2018” (“Gələcəyin ulduzları”) IX Beynəlxalq Klassik Musiqi Festivalının müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçirildi.
Qeyd edək ki, dekabrın 6-dan 9-dək davam edən festival Bülbül adına orta ixtisas musiqi məktəbi və Gürcüstanın İncəsənət Xadimlər Birliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdu.
Festivalda 3 ölkənin təmsilçiləri iştirak etmişdi. Azərbaycandan 53 iştirakçı, Gürcüstandan - 23 və İrandan 4 iştirakçı.
Tədbiri açan Azərbaycan tərəfdən festivalın təşkilatçısı Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev və Gürcüstan tərəfdən festivalın təşkilatçısı Gürcüstanın İncəsənət Xadimlər Birliyinin rəhbəri Nino Kupatadze çıxış edərək qeyd  etdilər ki, bu çətin və eyni zamanda gözəl 4 gün ərzində gənc ifaçılar öz bacarıqlarını göstərə bilmiş və layiqincə qiymətləndirilmişdilər.  Onların ifalarından zövq  aldıqlarını və gələcəkdə  müxtəlif  nüfuzlu  beynəlxalq müsabiqələrdə  ölkələrini  layiqincə təmsil edə biləcəklərinə əmin olduqlarını bildirdilər.
Sonra  qaliblərə  festivalın diplomları təqdim edildi. On beş gənc iştirakçıya  I  yer  mükafatı təqdim edildi. Azərbaycandan Məhəmmədəli Paşazadə (klarnet) və Gürcüstandan Tsotne Sidamonidze (fortepiano) festivalın Grand prix mükafatına layiq görüldülər.
Gecənin sonunda müsabiqə qaliblərinin  iştirakı ilə yekun konserti verildi.
 
Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm   yaradıcılıq  layihələri davam  edir. 

Dekabrın 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək.

09.12.2018